Bakı. 10 yanvar. REPORT.AZ/ Vaşinqton İranın Amerika aviadaşıyıcısı yaxınlığında keçirdiyi təlimlərin görüntülərini yayıb.
"Report" xəbər verir ki, videoda bir neçə katerin raket atdığı kadrlar öz əksini tapıb.
"Military Time" nəşrinin yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı kadrlar Amerikanın "Seahowk" vertolyotundan lentə alınıb.
Video dekabrın 26-da Oman və Fars körfəzlərini birləşdirən Hörmüz boğazında çəkilib.
Qeyd olunur ki, raket atışları başlamazdan 20 dəqiqə əvvəl İran gəmilərinin heyət üzvləri radioəlaqə vasitəsi ilə təlim keçirəcəklərini və raket atışı reallaşdıracaqlarını elan ediblər.