Yuxarı
    Bağlamaq

    ​ABŞ İranı Suriya probleminin həllinə cəlb edə bilər

    Kerri: Biz Suriyada sülh və tərəqqiyə nail olmalıyıq

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın Suriyada sülh və tərəqqinin əldə edilməsi prosesinə cəlb olunması imkanlarını nəzərdən keçirir.

    "Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşü zamanı bildirib.

    Söhbət BMT-nin mənzil qərargahında davamlı inkişaf sammitində iştirak çərçivəsində baş tutub.

    "Biz Suriya, Yəmən və bütün regionda sülh və tərəqqiyə nail olmalıyıq. Düşünürəm ki, bu həftə bizim irəliyə getmək üçün bu danışıqlardan yaxşı istifadə etmək fürsətimiz var", - deyə Con Kerri bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi