ABŞ İranda dinc etirazçıların həbsini qınayıb

ABŞ İranda dinc etirazçıların həbsini qınayıb Dövlət katibi Reks Tillerson İran xalqına yenidən dəstəyini ifadə edib
Digər ölkələr
30 Dekabr , 2017 06:30
ABŞ İranda dinc etirazçıların həbsini qınayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ İranda dinc etirazçıların həbs olunması hallarını qınayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı bəyanatında deyilir.

"Biz İranda sakinlərin ölkəboyu baş verən çoxsaylı mitinqlərdə iştirakı barədə məlumatları izləyirik. ABŞ dinc etirazçıların həbsini qınayır. Bütün ölkələri İran xalqını, insan haqlarını və korrupsiyanın aradan qaldırılması kimi tələblərini dəstəkləməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Dövlət Departamentinin qənaətinə görə, iranlı liderlər dövləti zəngin tarixi və mədəniyyəti olan yerdən iqtisadi nöqteyi-nəzərdən boşaldılmış və təcrid olmuş bir ölkəyə çevirib. Ölkənin ixrac etdiyi isə ancaq zorakılıq, qan və xaosdur. 

Bildirilir ki, ABŞ dövlət katibi Reks Tillerson İran xalqına yenidən öz dəstəyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi