ABŞ İrana təyyarə ilə pul göndərilməsi məsələsinə aydınlıq gətirib

ABŞ İrana təyyarə ilə pul göndərilməsi məsələsinə aydınlıq gətirib Coş Ernest: "400 milyon dollar girovların azad edilməsi üçün ödəniş kimi qəbul edilməməlidir"
Digər ölkələr
4 Avqust , 2016 10:50
ABŞ İrana təyyarə ilə pul göndərilməsi məsələsinə aydınlıq gətirib

Bakı. 4 avqust. REPORT.AZ/ Ağ Ev daha əvvəl "Wall Street Journal" qəzetinin yazdığı, nağd şəkildə 400 milyon dollar məbləğində pulun İrana təyyarə ilə göndərilməsinə ayıdnlıq gətirib.

"Report" DW-yə istinadən xəbər verir ki, ABŞ administrasiyasının nümayəndəsi Coş Ernest bu məbləğin Haaqa məhkəməsinin qərarına əsasən nəzərdə tutulmuş ödəniş olduğunu bildirib.

C.Ernestin sözlərinə görə, 2016-cı ilin yanvar ayında müxtəlif valyutalarda olan məbləğin təyyarə ilə ABŞ-dan çıxarılması İranla bank əlaqəsinin olmaması ilə bağlı idi. Eyni zamanda, məmur vurğulayıb ki, 400 milyon dollar heç bir halda girovların azad edilməsi üçün ödəniş kimi qəbul edilməməlidir.

Qeyd edək ki, Vaşinqtondan külli miqdarda vəsait çıxarılmasıyla İranın həbsdə olan 4 ABŞ vətəndaşını azadlığa buraxması üst-üstə düşüb.

O da vurğulanmalıdır ki, İslam inqilabından əvvəl - 1979-cu ildə Vaşinqton əhəmiyyətli miqdarda silah tədarükü ilə bağlı Tehranla müqavilə bağlayıb. Bu məqsədlə İrandan ABŞ-a 1,7 milyard dollar vəsait gedib. Lakin heç vaxt silah təchizatı baş verməyib. "Reuters" agentliyi qeyd edib ki, 400 milyon dollar dəyərində ödənişin məhz köhnə mübahisənin həlli yolunda bir addım olduğu istisna deyil.

Son xəbərlər

Orphus sistemi