ABŞ İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib

ABŞ İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların koronavirusla bağlı kömək çərçivəsində İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib.
Digər ölkələr
365
19 Aprel , 2020 05:59
ABŞ İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların koronavirusla bağlı kömək çərçivəsində İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o şənbə günü Ağ Evdə keçirilən brifinqdə bildirib.

ABŞ lideri ölkəsində ehtiyatda minlərlə süni nəfəs aparatının olmasından danışıb.

"Mən vəzifəmi icra etməyə başladıqda İran bütün Yaxın Şərq üzərində nəzarəti əldə etməyə hazır idi. İndi onlar sağ qalmaq haqqında düşünürlər, orada hər həftə koronavirusa görə etiraz aksiyaları keçirilir, mən bunun olmamasını üstün tutardım", - Ağ Ev rəhbəri deyib.

Trampın fikrincə, rəsmi Tehran Vaşinqtonun köməyinə ehtiyac duyur və ABŞ müraciət olunacağı təqdirdə yardım etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi