ABŞ İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının üzvlərilə paylaşıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr bildiriblər. Qətnamə layihəsinin çərşənbə günü müzakirəyə çıxırılacağı gözlənilir.
Qətnamə layihəsi 2019-cu ildə Səudiyyə Ərəbistanına qarşı silsilə hücumlarda istifadə edilmiş dron və raketlərin İran istehsalı olmasına dair BMT Baş katibi Antonio Qutierres tərəfindən bu ay səsləndirdiyi fikirlərdən qaynaqlandığı bildirilir.
2015-ci ilin nüvə razılaşmasının şərtləri daxilində İranla silah alış-verişi oktyabr ayında başa çatanda ABŞ Təhlükəsizlik Şura komitəsinin təsdiqi olmadan İrana və ya İrandan silahların birbaşa və ya dolayı tədarükü, satışı, yaxud transferinin qarşısını almaq barədə bütün ölkələrə müraciət etmişdi.
Ötən gün isə TŞ üzvlərindən Çin və Rusiya ABŞ Prezidenti Donald Trampı nüvə razılaşmasını birtərəfli şəkildə pozmaqda qınayaraq sözügedən embarqonu daha da uzatmaq istəmədiklərini bildiriblər.