Yuxarı
    Bağlamaq

    ABŞ İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb

    Obama: İranla münasibətlərimiz hələ normal məcrasına dönməyib

    Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama cümə axşamı 1979-cu ildə İrana qarşı tətbiq olunan Amerika sanksiyaları rejimini bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

    "Report" xəbər verir ki, bu barədə Obamanın Ağ Ev tərəfindən açıqlanan məktubunda bildirilir.

    "Bizim İranla münasibətlərimiz hələ normal məcrasına dönməyib…Bu səbəbdən 14 noyabr 1979-cu ildə elan olunan sanksiyalar rejimi 14 noyabr 2016-cı ildən sonra da davam etməlidir. Mən bununla əlaqədar olaraq İrana qarşı sanksiyalar rejiminin davam etdirilməsi barədə qərar qəbul etdim", - deyə Obamanın məktubunda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi