ABŞ İrana qarşı nüvə proqramı ilə bağlı olmayan sanksiyaların müddətini uzadıb

ABŞ İrana qarşı nüvə proqramı ilə bağlı olmayan sanksiyaların müddətini uzadıb Müvafiq bəyanatın mətni bazar ertəsi Ağ evin mətbuat xidməti tərəfindən yayılıb
Digər ölkələr
13 Mart , 2018 02:19
ABŞ İrana qarşı nüvə proqramı ilə bağlı olmayan sanksiyaların müddətini uzadıb

Bakı. 13 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması, "beynəlxalq terrorçuluğa dəstək" və insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatın mətni bazar ertəsi Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.

Mətndə qeyd olunur ki, söhbət İranın nüvə proqramı haqqında sazişin həyata keçirilməsindən sonra Tehranın üzərindən götürülən sanksiyalardan getmir.

Son xəbərlər

Orphus sistemi