ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir

ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir Birləşmiş Ştatlar, Vaşinqtonun fikrincə, İrandan gözlənilən təhlükəyə cavab olaraq Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır.
Digər ölkələr
18 İyun , 2019 05:33
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir

Birləşmiş Ştatlar, Vaşinqtonun fikrincə, İrandan gözlənilən təhlükəyə cavab olaraq Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ administrasiyasındakı mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, qoşunların regiona göndərilməsi Oman körfəzində iki tankerə edilən hücumla bağlıdır. Amerika tərəfinin iddiasına görə, tankerlərə hücumu İran təşkil edib.

Qoşunların göndərilmə tarixi və sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi