ABŞ İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib

ABŞ İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib Qərar Qəzzada vəziyyətin gərginləşməsi səbəbindən qəbul olunub
Digər ölkələr
15 May , 2018 05:28
ABŞ İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib

Bakı. 15 may. REPORT.AZ/ ABŞ Qəzza zolağındakı etiraz aksiyaları səbəbindən İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Telekanal öz hərbi mənbələrinə istinadən xəbər verir ki, hər bir səfirliyə azı 10 dəniz piyadası cəlb edilib. Bundan əlavə, ABŞ hökuməti bölgədəki digər diplomatik nümayəndəliklərdə təhlükəsizliyi gücləndirmək ehtimalını nəzərdən keçirir.

Qərar ABŞ-ın Qüdsdə səfirliyinin açılışı ilə əlaqədar Qəzza zolağında vəziyyətin gərginləşməsindən yaranan təhlükə səbəbindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi