Yuxarı

​ABŞ-ı min ildə görünməmiş quraqlıq gözləyir

Kosmik Tədqiqatlar İnstitutunun alimləri həyəcan təbili çalır

Bakı. 14 fevral. REPORT.AZ/ Amerikanın Qoddard adına Kosmik Tədqiqatlar İnstitutunun (NASA) tədqiqatçıları belə bir qənaətə gəliblər ki, ABŞ-ın cənub-qərb və mərkəzi regionları min ildən çoxdur bu ərazilərdə görünməyən meqaquraqlığa məruz qala bilər.

"Report" xəbər verir ki, Benok Kukun rəhbərlik etdiyi alimlər qrupu ölkədə bütün ABŞ ərazisindən toplanmış on minlərlə illik qat nümunələrinə əsaslanmış quraqlıq dövrlərinin təhlilindən sonra öz proqnozlarını veriblər və onu 17 iqlim modeli ilə müqayisə ediblər.

Alimlər aşkar ediblər ki, 2050-ci ildən sonra ABŞ-ın cənub-qərb və mərkəzi regionlarında XII-XIII əsrlərin "Orta əsr iqlim anomaliyası" dövrlərindəkindən də güclü olacaq quraqlıq əmələ gələ bilər.

Yeni tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi