ABŞ höküməti Yəmənə dəstək məqsədi ilə daha 89 milyon dolllar ayıracaq

ABŞ höküməti Yəmənə dəstək məqsədi ilə daha 89 milyon dolllar ayıracaq Cari il ərzində ABŞ-ın Yəmənə ayırdığı vəsait ümumilikdə 170 milyon dollar təşkil edib
Digər ölkələr
17 Sentyabr , 2015 04:24
ABŞ höküməti Yəmənə dəstək məqsədi ilə daha 89 milyon dolllar ayıracaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ höküməti Yəmən xalqına dəstək məqsədi ilə daha 89 milyon dolllar ayıracaq.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays bildirib ki, qanlı münaqişənin davam etdiyi Yəməndə əhalinin 80 faizi yardım gözləyir.

Onun sözlərinə görə, ayrılan vəsaitin bir qismi  (32 milyon dollar) birbaşa olaraq ərzaq məhsiıllarının tədarükünə yönəldiləcək.

N.Prays, həmçinin, qeyd edib ki, cari il ərzində ABŞ-ın Yəmənə ayırdığı vəsait ümumilikdə 170 milyon dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi