Diplomat: "ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır"

Diplomat: "ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır" Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır.
Digər ölkələr
29 yanvar 2019 16:34
Diplomat: ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ hökuməti Venesuelaya qarşı hərbi əməliyyat hazırlayır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cenevrə şəhərində (İsveçrə) Silahsızlaşma Konfransında Venesuelanın BMT yanındakı daimi nümayəndəsi Xorge Valero bildirib.

Müzakirələr zamanı ABŞ Prezidenti Donald Tramp Administrasiyasının ölkəsinə ordu yeritməyə hazırlaşdığını bildirən venesuelalı diplomat ABŞ-ın Venesuela üzərində “diqtə qurmaq” haqqına sahib olmadığını vurğulayıb.

Eyni zamanda ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Sinti Plat Xuan Quaydonu dəstəkləmək üçün əllərindəki iqtisadi və siyasi vasitələrin tam çeşidini bundan sonra da işə salacaqlarını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi