ABŞ höküməti Rusiya banklarının 640 milyon dollara yaxın vəsaitini dondurub

ABŞ höküməti Rusiya banklarının 640 milyon dollara yaxın vəsaitini dondurub "Rossiya" Bank ilə və "SPM-Bank"-ın hesablarına "blok" qoyulub
Digər ölkələr
6 Mart , 2015 07:28
ABŞ höküməti Rusiya banklarının 640 milyon dollara yaxın vəsaitini dondurub

Bakı. 6 mart. REPORT.AZ/ABŞ höküməti Rusiyanın iki bankına aid olan hesablarda ümumilikdə 640 milyon dollar həcmində vəsaiti dondurub.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün The Wall Street Journal qəzeti yazıb.

Bildirilir ki, "Rossiya" bankına aid 572 milyon dollarlıq vəsaitlə yanaşı "SPM-Bank"-ın 65 milyonluq hesabına "blok" qoyulub.

Qeyd edək ki, hər iki finans quruluşu ABŞ-ın Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi