Yuxarı
    Bağlamaq

    ABŞ hökuməti "Google" şirkətini əməkdaşlığı dayandırmaqla hədələyir

    Şirkət nazirliyin bəzi tələblərini şəxsi məlumatlara müdaxilə kimi dəyərləndirərək onları təmin etməyib

    Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın Əmək Nazirliyi məhkəmə vasitəsilə "Google" şirkətini minlərlə işçisi barədə konfidensial məlumatları verməyəcəyi təqdirdə federal hökumətlə biznes aparmağa qadağa qoyacağıyla hədələyib.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, nazirliyin vəkilləri müvafiq iddianı inzibati işlər üzrə məhkəmədə qaldırıb.

    Şikayət iddiasında "Google" şirkətinin dəfələrlə işçilərinə kompensasiya ödənişləri və digər informasiyaları nazirliyə verməkdən imtina etdiyi göstərilib. Hüquqşünaslar mərkəzi ofisi Kaliforniyada yerləşən şirkətdə işçilər arasında cinsi və irqi əsaslarla heç bir ayrı-seçkilik olmadığına əmin olmaları üçün bu informasiyaların nazirliyə zəruri olduğunu bildiriblər.

    "Google" şirkətinin nümayəndələri isə qeyd ediblər ki, Əmək Nazirliyinin müraciətlərə cavab olaraq işçiləri barədə yüz minlərlə informasiya veriblər, amma nazirliyin bəzi tələbləri şəxsi məlumatlara müdaxilədir və ona görə də bunları təmin etmək mümkün deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi