ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb

ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb Amerikalı qanunvericilər hələ də 2019-ci maliyyə ili üçün büdcəni qəbul etməyiblər
Digər ölkələr
135
22 Dekabr , 2018 10:17
ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ Hökuməti maliyyə çatışmazlığı səbəbindən öz fəaliyyətini qismən dayandırıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

“Shutdown” adlandırılan bu proses Meksika ilə sərhəddə divarın tikintisi üçün vəsaitin ayrılması məsələsi ilə bağlı Konqresdə respublikaçılar və demokratlar arasında danışıqların iflasa uğramasının nəticəsi olub.

ABŞ qanunvericiləri ölkədə oktyabrın 1-də başlayan 2019-ci maliyyə ili üçün hələ də büdcəni qəbul etməyiblər. Büdcə dekabrın 21-dək təsdiq olunmalı idi, lakin Konqresin hər iki palatası cümə günü öz iclaslarını kompromis qətnamə qəbul etmədən yekunlaşdırıb.

Hökumətin, təxminən, dörddə bir hissəsi, o cümlədən Dövlət Departamenti, Maliyyə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri maliyyələşdirmədən kənarda qalıb. 

Son xəbərlər

Orphus sistemi