ABŞ HHQ-nin zərbələri nəticəsində azı 30 "talibançı" məhv edilib

ABŞ HHQ-nin zərbələri nəticəsində azı 30 "talibançı" məhv edilib ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ötən 24 saat ərzində Əfqanıstanın Qəndəhar əyalətinə endirdiyi zərbələr nəticəsində radikal Taliban hərəkatının ən az 33 döyüşçüsü məhv edilib, 8-i yaralanıb.
Digər ölkələr
27 Oktyabr , 2019 15:30
ABŞ HHQ-nin zərbələri nəticəsində azı 30 talibançı məhv edilib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ötən 24 saat ərzində Əfqanıstanın Qəndəhar əyalətinə endirdiyi zərbələr nəticəsində radikal "Taliban" hərəkatının ən az 33 döyüşçüsü məhv edilib, 8-i yaralanıb.

"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, hava zərbələri Məruf və Şah Vəli Kot bölgələrinə endirilib.

Agentlik həmçinin “Taliban” a istinadən, yaraqlıların Qəndəharda Amerikaya məxsus hərbi karvanına hücum etdiyini, lakin ABŞ ordusunun bu məlumatı təsdiqləmədiyini bildirib.

Qeyd edək ki, Əfqanıstan ordusu Faryab əyalətində 50-dən çox "Taliban" hərəkatının silahlısını məhv edib

Son xəbərlər

Orphus sistemi