Yuxarı

​ABŞ hərbi qərargahlarının başçısı Bağdada səfər edib

Ənbar əyalətində İŞİD silahlılarının mövqelərinin bombalanması nəticəsində 30-a yaxın terrorçu öldürülüb

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ hərbi qərargahları birliyinin başçısı general Martin Dempsi İraq paytaxtı Bağdada səfər edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, səfərdə məqsəd İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsini İraqın ali hərbi rəhbərliyi ilə müzakirə etməkdir.

Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, İŞİD-in 30 minə yaxın döyüşçüsü var.

Xatırladaq ki, general Qasım Məhəmmədinin başçılığı ilə İraqın Ənbar əyalətində İŞİD silahlılarının mövqelərinin bombalanması nəticəsində təxminən 30 terrorçu öldürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi