ABŞ hərbi helikopteri Filippin dənizində gəminin göyərtəsinə düşüb, xəsarət alanlar var - YENİLƏNİB

ABŞ hərbi helikopteri Filippin dənizində gəminin göyərtəsinə düşüb, xəsarət alanlar var - YENİLƏNİB Hadisə uçuşdan dərhal sonra baş verib
Digər ölkələr
19 Oktyabr , 2018 17:32
ABŞ hərbi helikopteri Filippin dənizində gəminin göyərtəsinə düşüb, xəsarət alanlar var - YENİLƏNİB
AP
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Filippin dənizində ABŞ-ın "MH-60 Seahawk" hərbi helikopterinin "Ronald Reagan" hava nəqliyyatı daşıyan gəminin göyərtəsinə düşməsi nəticəsində 12 nəfər xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinin bu barədəki məlumatına görə, gəminin tibb işçilərinin müşahidə və müayinəsində olan xəsarət alanların vəziyyəti sabitdir.

Hadisə vaxtı helikopterdə dörd nəfərin olduğu bildirilir.


***10:00

Filippin dənizində olan ABŞ-ın "MH-60" hərbi helikopteri "Ronald Reagan" hava nəqliyyatı daşıyan gəminin göyərtəsinə düşüb, xəsarət alanlar var.

"Report" xəbər verir ki, bu barədə TASS ABŞ-ın Sakit okeanda yerləşən Yeddinci Donanmasının Komandanlığına istinadən məlumat verib.

Hadisə uçuşdan dərhal sonra baş verib.

Xəsarət alanların dəqiq sayı bildirilmir, yalnız onlardan heç birinin həyati təhlükəsinin olmadığı məlumdur.

Son xəbərlər

Orphus sistemi