ABŞ Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin göyərtəsində olanlardan 8-i xilas edilib - YENİLƏNİB

ABŞ Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin göyərtəsində olanlardan 8-i xilas edilib - YENİLƏNİB Təyyarə qəzasının ilkin səbəbi açıqlanıb
Digər ölkələr
22 Noyabr , 2017 14:04
ABŞ Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin göyərtəsində olanlardan 8-i xilas edilib - YENİLƏNİB

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-2" təyyarəsinin Yaponiyanın Okinava adası yaxınlığında qəzaya uğramasının səbəbi mühərrikdə nasazlıq yaranması ola bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri İtsunori Onodera bildirib.

O deyib ki, təyyarənin göyərtəsində olan 11 nəfərdən 8-i xilas edilib.

Nazirin sözlərinə görə, Yaponiyanın özünümüdafiə qüvvələri axtarış əməliyyatlarında iştirak edir.


***12:02

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yaponiya sahillərində, Okinava adası yaxınlığında baş verib. 

Təyyarənin göyərtəsində 11 nəfər olub. 

Xəbərdə təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin 7-ci Donanmasına məxsus olduğu və qəzanın ekipajın Filippin dənizindəki bazadan tapşırıq alaraq “USS Ronald Reagan” aviadaşıyıcı gəmiyə doğru uçarkən baş verdiyi qeyd olunub.

ABŞ Hərbi Dəniz Donanması qəza ilə bağlı açıqlama yayıb: “Axtarış-xilasetmə əməliyyatı keçirilir. Hadisənin səbəbi hələlik məlum deyil.”

Son xəbərlər

Orphus sistemi