ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz yüksək rütbəli zabiti rüşvət almaqda ittiham olunur

ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz yüksək rütbəli zabiti rüşvət almaqda ittiham olunur Zabitlər bahalı hədiyyələr qarşılığında sinqapurlu biznesmenə gizli məlumatlar ötürüb
Digər ölkələr
15 mart 2017 05:30
ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz yüksək rütbəli zabiti rüşvət almaqda ittiham olunur

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ Ədliyyə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) səkkiz zabitini, o cümlədən bir admiralı korrupsiyaya qurşanmaqda ittiham edib.

"Report" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, təqsirləndirilənlər arasında kontr-admiral Bryus Lavles, HDQ-nin dörd əsas kapitanı və istefada olan dəniz piyadaları polkovniki var. Onlar Sinqapurdan olan iş adamı Leonard Qlenn Frensisdən rüşvət almaqda ittiham olunurlar.

Zabitlər bahalı hədiyyələr qarşılığında sinqapurlu biznesmenə gizli məlumatlar ötürüb və bu informasiyalar nəticəsində iş adamının şirkəti milyonlarla dollarlıq müqavilələr qazanıb.

Son xəbərlər

Orphus sistemi