ABŞ Qırmızı dənizdə pilotsuz təyyarələrinin tutulduğunu təsdiqləyib

ABŞ Qırmızı dənizdə pilotsuz təyyarələrinin tutulduğunu təsdiqləyib ABŞ Hərbi Dəniz Qüvvələri pilotsuz təyyarələrinin Qırmızı dənizdə İran hərbçiləri tərəfindən ələ keçirildiyini təsdiqləyib.
Digər ölkələr
2 sentyabr 2022 19:49
ABŞ Qırmızı dənizdə pilotsuz təyyarələrinin tutulduğunu təsdiqləyib

ABŞ Hərbi Dəniz Qüvvələri pilotsuz təyyarələrinin Qırmızı dənizdə İran hərbçiləri tərəfindən ələ keçirildiyini təsdiqləyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beşinci Donanmasının nümayəndəsi bildirib.

“Mümkün olduqda əlavə məlumat veriləcək”, - o əlavə edib.

Bundan əvvəl İran dövlət televiziyası xilasedici jiletlərdə olan dənizçilərin iki "Saildrone Explorer" pilotsuz uçan aparatını yoxladıqlarını nümayiş etdirib.

"Saildrone Explorer" günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır.

Son xəbərlər

Orphus sistemi