ABŞ hərbi cinayətlərin araşdırılması üçün Ukraynaya hüquqşünaslar göndərəcək

ABŞ hərbi cinayətlərin araşdırılması üçün Ukraynaya hüquqşünaslar göndərəcək ABŞ hərbi cinayətlər törədilən ərazilərdə araşdırma aparmaq üçün Ukraynaya hüquqşünaslardan ibarət nümayəndə heyəti göndərməyə hazırlaşır.
Digər ölkələr
15 iyul 2022 05:31
ABŞ hərbi cinayətlərin araşdırılması üçün Ukraynaya hüquqşünaslar göndərəcək

ABŞ hərbi cinayətlər törədilən ərazilərdə araşdırma aparmaq üçün Ukraynaya hüquqşünaslardan ibarət nümayəndə heyəti göndərməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova feysbuk səhifəsində yazıb.

“ABŞ ədalət naminə döyüş meydanında bizimlə çiyin-çiyinə dayanacaq hüquqşünaslardan ibarət qrup yaradır. Amerikalı həmkarlarımız Ukrayna Baş Prokurorluğu ilə vəhşi cinayətlər üzrə məsləhətçi qrupun dəstəyini fəal şəkildə inkişaf etdirəcəklər”, - Venediktova qeyd edib.

Son xəbərlər

Orphus sistemi