Yuxarı

ABŞ hərbi bazasında təlim zamanı bir dənizçi ölüb, digəri xəsarət alıb

Hadisənin başvermə səbəblərini araşdırılır

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatındakı hərbi bazada keçirilən təlim zamanı bir dəniz piyadası ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, insident Tuenayn-Palms şəhərində, hərbi atış təlimləri zamanı qeydə alınıb. İnsident zamanı həmçinin bir dəniz piyadası da yaralanıb. Xəsarət almış hərbçinin səhhəti barədə məlumat verilmir.

ABŞ Dəniz Piyadaları Korpusu hadisənin başvermə səbəblərini araşdırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi