ABŞ hərbçilərini Yəməndən çıxarır

ABŞ hərbçilərini Yəməndən çıxarır 100-dək amerika əsgəri Yəməni tərk edib
Digər ölkələr
22 Mart , 2015 01:38
ABŞ hərbçilərini Yəməndən çıxarır

Bakı. 22 mart. REPORT.AZ/ Yəməndə yaranmış təhlükəli vəziyyəti nəzərə alan ABŞ komandanlığı, bu ölkədə qulluq edən hərbçiləri başqa yerə köçürməyə qərəra alıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yəmənin cənubundakı Əl-Hutada bölgəsində yerləşən Əl-Anad hərbi-hava bazasındakı 100-dək amerika əsgəri Yəməni tərk edib. Bu hərbçilər arasında ABŞ-ın xüsusi təyyinatlıları da var.

Cümə günü Sanada törədilmiş məsçid partlaylışında 137 nəfər həlak olub. Bu basqına görə məsuliyyəti terrorçu İslam Dövləti təşkilatı öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi