ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa başladı

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa başladı ABŞ hərbçiləri Əfqanıstanı tərk etməyə başlayıb
Digər ölkələr
30 Aprel , 2021 01:02
ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa başladı

ABŞ hərbçiləri Əfqanıstanı tərk etməyə başlayıb, təhlükəsizlik məqsədi ilə bölgəyə əlavə qüvvələr və vasitələr göndərilib.

“Report”un məlumatına görə, bunu Ağ Evin mətbuat katibinin birinci müavini Karin Jan-Pyer deyib.

“Qoşunların çıxarılması davam edir. Keçən həftə müdafiə naziri Lloyd Ostin, ABŞ qüvvələrinin Əfqanıstandan təhlükəsiz çıxarılmasını dəstəkləmək üçün Mərkəzi Komandanlığın müvəqqəti əlavə qüvvə və vasitələr cəlb edilməsi tələbini təsdiqləyib.

Qoşunların çıxarılması zamanı ABŞ və koalisiya qüvvələrini qorumaq üçün “B-52H Stratofortress” strateji bombardmançı təyyarələri Mərkəzi Komandanlığın məsul olduğu bölgədə yerləşdirilir”, deyə Ağ Ev rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi