Yuxarı
    Bağlamaq

    ABŞ hərbçiləri Somalidə "Əş Şabab" terrorçularına hücum edib

    Hərbi əməliyyatın təfərrüatları açıqlanmır© Foto: TASS

    Bakı. 3 iyul. REPORT.AZ/ ABŞ hərbçiləri Somalidə "Əş Şabab" terrorçularına hücum edib.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" gizli mənbəyə istinadən xəbər verib.

    Mənbə hərbi əməliyyatın təfərrüatlarını açıqlamaqdan imtina edib. Pentaqon isə terrorçulara qarşı hücumu şərh etməyib.

    Qeyd edək ki, bir qədər əvvəl Moqadişoda "Pizza House" restoranının müştərilərinin bu terrorçu qruplaşması üzvləri tərəfindən girov götürdüyü xəbər verilib.

    "Əş Şabab" 2012-ci ildə "Əl Qaidə" terror qruplaşması ilə birləşib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi