ABŞ hərbçiləri Somalidə 10 silahlını məhv ediblər

ABŞ hərbçiləri Somalidə 10 silahlını məhv ediblər ABŞ hərbçiləri Somalinin cənubunda Əş Şabab radikal qruplaşmasının 10 silahlısını məhv ediblər
Digər ölkələr
30 Sentyabr , 2019 22:05
ABŞ hərbçiləri Somalidə 10 silahlını məhv ediblər

ABŞ hərbçiləri Somalinin cənubunda "Əş Şabab" radikal qruplaşmasının 10 silahlısını məhv ediblər

Bu barədə "Report" "Goobjoog News"a istinadən xəbər verir.

Bildirilir ki, silahlılar partlayıcı maddə ilə yüklənmiş yük maşınlarında düşərgəyə daxil olublar və atışma başlayıb. Atışma zamanı Amerika hərbçiləri 10 silahlını məhv ediblər.

"Bu hücuma cavab olaraq və özünümüdafiə üçün Afrikadakı Amerika komandanlığı "Əş-Şabab" terrorçularına qarşı iki hava zərbəsi endirib, atıcı silahdan atəş açıb. Amerika hərbçilərinin və onların partnyorlarının hesablamalarına görə, 10 terrorçu öldürülüb, hücumda iştirak etmiş 1 nəqliyyat vasitəsi məhv edilib", - deyə ABŞ-ın komandanlığı bildirib.

"Aş-Şabab" hücuma görə məsuliyyəti üzərinə götürüb.

Qeyd edək ki, partlayıcı yüklənən avtomobil hərbi bazanın giriş qapısında partladılıb. 

Son xəbərlər

Orphus sistemi