Tramp ən çox axtarılan "Əl-Qaidə" döyüşçüsünün zərərsizləşdirildiyini təsdiqləyib

Tramp ən çox axtarılan "Əl-Qaidə" döyüşçüsünün zərərsizləşdirildiyini təsdiqləyib Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Əl-Qaidə terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin zərərsizləşdirilməsini təsdiqləyib.
Digər ölkələr
6 Yanvar , 2019 23:12
Tramp ən çox axtarılan Əl-Qaidə döyüşçüsünün zərərsizləşdirildiyini təsdiqləyib

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Əl-Qaidə" terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin zərərsizləşdirilməsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri özünün "Twitter" səhifəsində yazıb.

"Bizim çox gözəl hərbçilərimiz "Koul" esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa etdilər. Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. "Əl-Qaidə"yə qarşı işimiz davam edir", - deyə Tramp yazıb.

Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu.

Əl-Bədəvi 18 il əvvəl Yəməndə, Ədən şəhərinin limanında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisinin partladılmasında iştirak edib. Partlayış nəticəsində 17 dənizçi həlak olub, onlarla insan yaralanıb.

Daha əvvəl Yəməndə də "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində öldürülüb.

Son xəbərlər

Orphus sistemi