ABŞ HDQ-nin gəmisi Qara dənizdə birgə təlimlərdə iştirak edib

ABŞ HDQ-nin gəmisi Qara dənizdə birgə təlimlərdə iştirak edib ABŞ və NATO hərbi komandanlığı "Atlantik hazırlıq" adlı əməliyyat keçirir
Digər ölkələr
6 Aprel , 2015 12:40
ABŞ HDQ-nin gəmisi Qara dənizdə birgə təlimlərdə iştirak edib

Bakı. 6 aprel. REPORT.AZ/ Bolqarıstan və Rumıniyada "Atlantik hazırlıq" təlim əməliyyatı çərçivəsində ABŞ Hərbi-Dəniz Qüvvələrinin (HDQ) "JasonDunham" eskadra gəmisi hərbi tapşırıqları yerinə yetirib. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

"Bu gəmi 2015-ci il aprelin 5-də Bolqarıstan və Rumıniya HDQ gəmiləri ilə Qara dənizdə birgə dəniz təlimlərində iştirak edib. Manevrlər HDQ qüvvələri və hərbi texnikasının təkminləşdirilməsinə (müttəfiqlərin - red.), eləcə də ABŞ-ın müttəfiqləri ilə təhlükəsizlik və hərbi hazırlığın təmin edilməsi, sülh və sabitliyin möhkəmləndirilməsi üzrə qarşılıqlı əlaqələrin sıx olmasının nümayişinə yönəlib", - ABŞ HDQ-nin bəyanatında deyilir.

Qara dənizdə olduğu zaman idarə olunan raketlərlə təchiz olunmuş mina gəmisi, əsasən dəniz sahəsinin təcrid olunması üzrə əməliyyatlarda və müxtəlif taktiki manevrlərdə iştirak edib. 

"Bizim Bolqarıstan və Rumıniya HDQ ilə təlimlərimiz NATO-ya daxil olan müttəfiqlər arasında bir komanda kimi qarşılıqlı əlaqənin uğurlu nümunəsini nümayiş etdirib", - gəminin komandiri Darren Duqan bildirib. 

Qeyd edək ki, ABŞ və NATO hərbi komandanlığı Ukraynadakı vəziyyəti nəzərə alaraq, alyansa üzv ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün "Atlantik hazırlıq" adlı əməliyyat keçirir. Təlimlərdə Fransa, Kanada, Türkiyə, Rumıniya, İtaliya və Almaniya HDQ gəmiləri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi