ABŞ hava limanlarının təhlükəsizlik sistemlərində ciddi nöqsanlar aşkarlanıb

ABŞ hava limanlarının təhlükəsizlik sistemlərində ciddi nöqsanlar aşkarlanıb Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir sıra yoxlamalar aparıb
Digər ölkələr
9 Noyabr , 2017 11:08
ABŞ hava limanlarının təhlükəsizlik sistemlərində ciddi nöqsanlar aşkarlanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Amerikanın hava limanlarında aparılan bir sıra yoxlamalar nəticəsində belə qənaətə gəlib ki, onların təhlükəsizlik sistemlərində ciddi nöqsanlar var. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ölkənin ABC telekanalının mənbələrinin məlumatına görə, nazirliyinin əməkdaşları qeyd ediblər ki, Nəqliyyat Təhlükəsizliyi İdarəsinin işçiləri yoxlama hallarının yarısında sərnişin və baqajların lazımi şəkildə baxışını apara bilmirlər. Problemlər həm tətbiq edilən avadanlıqda, həm də onların istifadə etdiyi üsullarda olub.

ABŞ hava limanlarında analoji yoxlamalar 2015-ci ildə aparılıb. Həmin yoxlamalar zamanı Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları 95% hallarda silah və partlayıcı maddələri baxış məntəqələrindən gizli keçirməyə müvəffəq olublar. 

Son xəbərlər

Orphus sistemi