ABŞ Gürcüstanda hərbi islahatlara kömək edəcək

ABŞ Gürcüstanda hərbi islahatlara kömək edəcək "Müdafiə Departamenti Gürcüstana hərbi islahat prosesində yardım etməyə hazırdır" – deyə Ceyms Mettis bildirib
Digər ölkələr
21 May , 2017 02:29
ABŞ Gürcüstanda hərbi islahatlara kömək edəcək
Flickr.com

Bakı. 21 may. REPORT.AZ/ ABŞ Gürcüstanda hərbi islahatlara yardım edəcək.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" Gürcüstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Belə ki, nazirlik ABŞ-ın müdafiə naziri Ceyms Mettisin bu ölkənin ordusunda islahata dəstək məktubunu dərc edib.

"Müdafiə Departamenti Gürcüstana hərbi islahat prosesində yardım etməyə hazırdır" – deyə Ceyms Mettis məktubda yazıb.

Mettis həmçinin vurğulayıb ki, ölkə hakimiyyətinin seçilmiş xəttə və prinsiplərə sadiqliyini son dərəcə vacib hesab edir.

Bundan əvvəl isə Gürcüstanın baş nazirinin Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və vitse-prezident Maykla Penslə ilə görüş keçirməsi barədə xəbər verilib.

Son xəbərlər

Orphus sistemi