ABŞ generalı: "Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə hazırdır"

ABŞ generalı: "Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə hazırdır" "Şimali Koreya regionda sabitliyə ən aşkar təhlükə olaraq qalır"
Digər ölkələr
31 İyul , 2017 06:12
ABŞ generalı: Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə hazırdır
Courtesy İmage

Bakı. 31 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların Silahlı Qüvvələri zərurət yaranarsa, KXDR-in hərəkətlərinə cavab olaraq güc tətbiq etməyə həmişə hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ Hərbi Hava Qüvvələrinin Sakit okean üzrə komandanı general Terrens O'Şonessi bildirib.

"Şimali Koreya regionda sabitlik üçün ən aşkar təhlükə olaraq qalmaqdadır", - deyə "Fox News" telekanalı generalın sözlərini sitat gətirib.

O'Şonessi vurğulayıb ki, KXDR probleminin həllində "diplomatiya prioritet olaraq qalır".

Onun sözlərinə görə, bununla yanaşı, Vaşinqton öz müttəfiqləri qarşısında "məsuliyyət daşıyır", "dönməz sədaqət nümayiş etdirir", eyni zamanda "pis ssenariyə hazırlaşır".

"Əmr olsa, biz öz seçəcəyimiz yerdə sürətli, məhvedici və dağıdıcı güclə cavab verməyə hazırıq", - deyə general bildirib.

Son xəbərlər

Orphus sistemi