ABŞ gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

ABŞ gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.
Digər ölkələr
14 İyul , 2019 06:31
ABŞ gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadla yayıb. Qeyd olunub ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.

Agentliyin məlumatına görə, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil.

Bloomberg bildirir ki, gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək. 

Son xəbərlər

Orphus sistemi