“ABŞ administrasiyası etiraf edir ki, Finlandiya və İsveçin NATO-ya nə vaxt qəbul ediləcəyini deyə bilməz”.
“Report”un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Hazırda üçtərəfli formatda - İsveç, Finlandiya və Türkiyə arasında danışıqlar aparılır. Biz əminik ki, onlar fikir ayrılıqlarını aradan qaldıra biləcəklər, İsveç və Finlandiya alyansa qoşula biləcək.
Dəqiq nə vaxt, deyə bilmərəm. Bu məsləhətləşmələr hələ də davam edir. Amma biz əminik ki, onlar alyansın 32 dövlət olmasına gətirib çıxaracaq”, - deyə o, qeyd edib.