ABŞ-ın Finlandiya və İsveçə hərbçi göndərmək planları yoxdur

ABŞ-ın Finlandiya və İsveçə hərbçi göndərmək planları yoxdur ABŞ hakimiyyəti hazırda NATO-ya qoşulacağı təqdirdə öz qoşunlarını Finlandiya və İsveçdə yerləşdirməyi planlaşdırmır.
Digər ölkələr
8 aprel 2022 20:12
ABŞ-ın Finlandiya və İsveçə hərbçi göndərmək planları yoxdur

ABŞ hakimiyyəti hazırda NATO-ya qoşulacağı təqdirdə öz qoşunlarını Finlandiya və İsveçdə yerləşdirməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi deyib.

“Belə planlardan xəbərim yoxdur. Bu barədə indi danışmaq tezdir. Mən suveren dövlətlərin və alyansın qərar qəbul etmə prosesindən irəli getmək istəmirəm. Bu ölkələrdə ABŞ-ın yeni hərbi mövcudluğu üçün heç bir plan yoxdur. Bu barədə danışmaq üçün bizə onların NATO-ya qoşulma prosesində olması lazımdır. Biz indi o mərhələdə deyilik”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi