ABŞ Filippinə silah satmaqdan imtina edib

ABŞ Filippinə silah satmaqdan imtina edib "Bu problem Rusiya və Çindən alınan silahlarla öz yoluna qoyulur"
Digər ölkələr
5 Oktyabr , 2016 04:58
ABŞ Filippinə silah satmaqdan imtina edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Duerte bəyan edib ki, Birləşmiş Ştatlar onun ölkəsinə raket və digər silahları satmaqdan imtina edib, lakin bu problem Rusiya və Çindən alınan silahlarla öz yoluna qoyulur.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O, həmçiinn bildirib ki, ABŞ prezidenti Barak Obama "rədd olub gedə bilər".

Prezident öz çıxışında bildirib ki, Birləşmiş Ştatlar Filippin ilə münasibətləri yoluna qoya bilmədiyindən, o, xarici siyasət kursunu dəyişmək niyyətindədir.

Duerte izah edib ki, ABŞ raket və başqa silahlar satmaq istəmir, lakin Rusiya və Çin bəyan edib ki, bizi silahla təmin edə bilər.

"Əgər siz silah satmaq istəmirsinizsə, mən Rusiyaya müraciət edərəm. Mən generalları göndərdim Rusiyaya və orada bizə dedilər ki, "narahat olmayın, bizdə sizə lazım olan hər şey var və biz bunu sizə verəcəyik", - deyə o bildirib.

"Çinə gəldikdə isə, onlar bildirdilər ki, sadəcə gəlmək və müqavilə imzalamaq lazımdır və hər şey göndəriləcək", - deyə prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi