ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru təsdiqlənib

ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru təsdiqlənib O, cari ilin may ayında isetefaya göndərilən Ceyms Komini əvəz edib
Digər ölkələr
2 Avqust , 2017 15:04
ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru təsdiqlənib

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru Kristofer Rey olub.

“Report” BBC-yə isinadən xəbər verir ki, onun namizədliyini Senat təsdiqləyib.

Kristofer Rey cari ilin may ayında istefaya göndərilən Ceyms Komini əvəz edib.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp iyulun sonunda çoxları üçün gözlənilmədən bu posta namizəd olaraq, Krstofer Reyin adını açıqlamışdı.

“Vaşinqton Rusiya ilə çox ehtiyatla davranmalıdır”, - Senatdakı dinləmələrdə K.Rey deyib

Kremlin ötən ilin noyabrında ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxiləsi ilə bağlı sualı isə o, belə cavablandırıb: “Şübhələnməyə əsas yoxdur”.

50 yaşlı Kristofer Rey Nyu-Yorkda doğulub. 1989-cu ildə Yel Universitetini bitirib, 1992-c ildə isə Yel Hüquq məktəbində hüquq dərəcəsi alıb. 

Son xəbərlər

Orphus sistemi