Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ federal hökuməti ştat rəsmilərini Suriyadan gələn qaçqınların qəbul edilməsi barədə xəbərdarlıq edərək, onların miqrantları qəbul etməmə haqqlarının olmadığını bildirib.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Qaçqınları Yerləşdirmə Departamentinin direktoru Robert Karey deyib ki, ştatlar departamentin maliyyələşdirdiyi xidmətləri qaçqınların mənşəyi, dini və gəldikləri ölkələrə görə ayıra bilməz.
Xatırladaq i, 20-dən çox respublikaçı qubernator federal hökumətin suriyalı qaçqınları yerləşdirmə planının qarşısını almağa səy göstərərək, miqrantların təhlükəsizlik riski daşıdığını deyir.
Narahatçılıqlar bu yaxınlarda Paris hücumlarında əli olduğu ehtimal edilən şəxsin Avropaya Suriyada qaçqın yoluyla gəldiyi müəyyən edildikdən sonra başlayıb.