ABŞ Əsma Əsədə qarşı növbəti sanksiya tətbiq etdi

ABŞ Əsma Əsədə qarşı növbəti sanksiya tətbiq etdi ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onun yaxınlarına qarşı növbəti sanksiya tətbiq edib.
Digər ölkələr
22 Dekabr , 2020 21:52
ABŞ Əsma Əsədə qarşı növbəti sanksiya tətbiq etdi
Əsma Əsəd

ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onun qohumlarına qarşı növbəti sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ Dövlət katibi Mayk Pompeo adından yayımladığı açıqlamada qeyd olunub.

“Dövlət Departamenti, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə Suriyada mövcud olan münaqişənin siyasi həllini təşviq etmək səylərinə maneə törətdiyinə görə sanksiya tətbiq edir. O, rejimin mənafeyi naminə, sözdə xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi gücün möhkəmləndirilməsi səylərinə rəhbərlik edib” - deyə açıqlamada qeyd olunur.

Sanksiyalar prezidentin həyat yoldaşının ən yaxın dörd qohumuna qarşı da tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi