ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır

ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiq edib.
Digər ölkələr
23 Sentyabr , 2021 00:43
ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiq edib.

“Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Siyahıda rəsmi şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotov, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin var.

Bundan əlavə, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, "Birinci kanal"ın rəhbəri Konstantin Ernst və bir sıra şəxslər də "qara sıyahı"ya düşə bilər.

Dəyişikliyin mətni Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski tərəfindən irəli sürülüb.

Qanun layihəsi ölkənin 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə dəyişiklik olaraq təqdim edilib. Layihə ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiqlənməlidir.

Son xəbərlər

Orphus sistemi