ABŞ-ın energetika naziri "Harvi" qasırğasına görə Qazaxıstana səfərini təxirə salıb

ABŞ-ın energetika naziri "Harvi" qasırğasına görə Qazaxıstana səfərini təxirə salıb Energetika nazirinin müavini Dan Brulett onu "Expo-2017"də ABŞ heyətinin rəhbəri kimi əvəz edəcək
Digər ölkələr
28 Avqust , 2017 10:54
ABŞ-ın energetika naziri Harvi qasırğasına görə Qazaxıstana səfərini təxirə salıb

Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ-ın energetika naziri Rik Perri "Harvi" qasırğasına görə Qazaxıstana səfərini təxirə salıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə ABŞ-ın Astanadakı səfirliyindən məlumat verilib.

Amerikalı nazir bazar ertəsi Qazaxıstan paytaxtında keçirilən "Expo-2017" sərgisini ziyarət etməyi planlaşdırırdı.

Səfirliyin məlumatına görə, naziri "Expo-2017"də ABŞ nümayəndə heyətinin rəhbəri kimi onun müavini Dan Brulett əvəzləyəcək.

Qeyd edək ki, "Harvi" ABŞ-da son 12 ildə qeydə alınan ən güclü qasırğa olub.

Son xəbərlər

Orphus sistemi