ABŞ əfqanların təxliyəsini dayandırdı

ABŞ əfqanların təxliyəsini dayandırdı Əfqanıstan vətəndaşlarının ABŞ-a təxliyəsi bu şəxslər arasında qızılcanın yayılmasına görə ən azı yeddi gün daha dayandırılıb.
Digər ölkələr
13 Sentyabr , 2021 22:53
ABŞ əfqanların təxliyəsini dayandırdı

Əfqanıstan vətəndaşlarının ABŞ-a təxliyəsi bu şəxslər arasında qızılcanın yayılmasına görə ən azı yeddi gün daha dayandırılıb.

“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer məlumat verib.

Onun sözlərinə görə, uçuşlar hələ də ehtiyat tədbirləri çərçivəsində dayandırılıb:

“ABŞ-a gələn bütün əfqanlar hazırda qızılcaya qarşı peyvənd olunmalıdır. Onlar hərbi bazalara aparılır. Əfqanları həmçinin məxmərək, qızılca və parotidə də qarşı peyvənd etməyə başlayacağıq”.

Son xəbərlər

Orphus sistemi