ABŞ əfqanların təxliyəsini bərpa edib

ABŞ əfqanların təxliyəsini bərpa edib Amerika hökuməti Əfqanıstan vətəndaşlarının ABŞ -a təxliyəsini bərpa edib.
Digər ölkələr
8 Oktyabr , 2021 02:36
ABŞ əfqanların təxliyəsini bərpa edib

Amerika hökuməti Əfqanıstan vətəndaşlarının ABŞ -a təxliyəsini bərpa edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ ordsunun generalı Kori Martin deyib.

Onun sözlərinə görə, evakuasiya əməliyyatı əfqanlar arasında qızılca xəstəliyinin aşkarlanması səbəbindən dayandırılmışdı:

“Hələ də Amerika Birləşmiş Ştatları xaricində Əfqanıstan təxliyə edilən 10 000 – 15 000 əfqan var. Onlar ABŞ-a köçürüləcəklər. Evakuasiya edilənlərin hamısı qızılca və məxmərək əleyhinə peyvənd edilib. Peyvəndin 21 günlük gözləmə dövrü Avropanın bir çox nöqtələrində və Mərkəzi Komandanlıqda sona çatıb.

Beləliklə, çərşənbə axşamı (5 oktyabr – Red) Avropadan Filadelfiyaya ilk reys həyata keçirilib. Bu gün iki uçuş baş tutub. Artıq Avropa Komandanlığı və Mərkəzi Komandanlığın təxliyə edilənlərin ABŞ-a çatıdırlması prosesi yenidən başlayıb”.

Son xəbərlər

Orphus sistemi