ABŞ Əfqanıstandan 9 min nəfəri təxliyə edib

ABŞ Əfqanıstandan 9 min nəfəri təxliyə edib ABŞ avqustun 15-dən bəri Əfqanıstandan 9 min nəfəri təxliyə edib.
Digər ölkələr
20 Avqust , 2021 18:37
ABŞ Əfqanıstandan 9 min nəfəri təxliyə edib

ABŞ avqustun 15-dən bəri Əfqanıstandan 9 min nəfəri təxliyə edib.

"Report"un məlumatına görə, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild "CNN"ə bildirib ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi gündən bəri Kabil hava limanından təxliyə edilən insanların sayı 9 minə çatıb.

“Artıq 9 min insanı təxliyə etmişik. İnsanları ən qısa zamanda çıxarmaq üçün əlimizdən gələni edirik", - direktor deyib.

Hazırda Əfqanıstanda qalan amerikalıların sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi