ABŞ Əfqanıstandakı kontingentini azaldacaq

ABŞ Əfqanıstandakı kontingentini azaldacaq ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar tezliklə Əfqanıstandakı Amerika hərbi qulluqçularının sayını dörd minə qədər azaldacaq.
Digər ölkələr
374
4 Avqust , 2020 08:46
ABŞ Əfqanıstandakı kontingentini azaldacaq
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar tezliklə Əfqanıstandakı Amerika hərbi qulluqçularının sayını dörd minə qədər azaldacaq.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Biz çox qısa vaxt müddətdə (kontingentin sayını - red.) səkkiz minə, sonra dörd minə qədər azaldacağıq. Biz indi danışıqlar aparırıq", - Tramp “Axios” portalına müsahibəsində deyib.

O, hərbi kontingentin ixtisarının məhz nə vaxt olacağını açıqlamayıb. "Çox tezliklə", - deyə Tramp konkret zaman çərçivəsini açıqlamaqdan imtina edib.

Jurnalistin ABŞ-da noyabr seçkiləri zamanı Əfqanıstanda hərbi kontingentin sayının nə qədər olacağı barədə sualına dövlət başçısı "ehtimal ki, 4-5 minə qədər", - cavabını verib.

Son xəbərlər

Orphus sistemi