ABŞ Əfqanıstandakı hərbçilərini ixtisar etmək niyyətindədir

ABŞ Əfqanıstandakı hərbçilərini ixtisar etmək niyyətindədir ABŞ hökuməti “Taliban”la razılıq əldə edəndən sonra Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq.
Digər ölkələr
29 Avqust , 2019 18:58
ABŞ Əfqanıstandakı hərbçilərini ixtisar etmək niyyətindədir

ABŞ hökuməti “Taliban”la razılıq əldə edəndən sonra Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News Radio”ya müsahibəsində bildirib.

“Orada qalacağıq, amma qüvvəmizi xeyli ixtisar edəcəyik. Onu 8,6 minədək azaldacağıq, sonrasına baxarıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda Əfqanıstanda ABŞ hərbçilərinin sayı 13 mindir.

ABŞ ilə “Taliban” hərəkatı Dohadakı danışıqların növbəti mərhələsinə avqustun 22-də başlayıblar.

Son xəbərlər

Orphus sistemi