ABŞ Əfqanıstandakı hakimiyyətə humanitar və maliyyə yardımı edəcək

ABŞ Əfqanıstandakı hakimiyyətə humanitar və maliyyə yardımı edəcək ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan hakimiyyətinə maliyyə dəstəyini, humanitar yardımı davam edirəcək.
Digər ölkələr
229
24 İyul , 2021 13:44
ABŞ Əfqanıstandakı hakimiyyətə humanitar və maliyyə yardımı edəcək

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan hakimiyyətinə maliyyə dəstəyini, humanitar yardımı davam edirəcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilib.

Məlumata görə, ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə telefon danışığında “Taliban” qruplaşmasının hücumlarını müzakirə edib. Tərəflər münaqişənin yalnız danışıqlar yolu ilə həllinin doğru olduğunu bildiriblər. Cozef Bayden Əfqanıstana humanitar yardımla yanaşı, təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə 3,3 milyard dollar məbləğində maliyyə vəsaitinin verilməsini Konqresdən tələb edib.

Həmin məbləğin 1 milyard dolları Əfqanıstan təhlükəsizlik qüvvələrinin hərbi sursat və s. almasına, 700 milyon dolları onların əmək haqlarına, 1 milyard dolları isə Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçirəcəyi əməliyyatlara xərclənəcək.

Açıqlamada Cozef Baydenin Əfqanıstandakı tərəflərə birlik çağırış etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi