Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ 13 ildə Əfqanıstandakı hərbi və başqa sahədəki əməliyyatlara bir trilyon dollar xərcləyib.
"Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ-ın həmin ölkədə bundan sonrakı fəaliyyəti üçün daha bir neçə milyard dollar xərcləyəcəyi ehtimal edilir.
Bu haqda "The Financial Times" öz hesablamalarına və müstəqil araşdırmalara əsasən məqalə dərc edib.
Məqalədə bildirilib ki, bu maliyyə vəsaitinin 80 faizi ABŞ rəhbəri Barak Obamanın prezidentliyi dövründə xərclənib.
Qəzet xatırladıb ki, İraqdakı hərbi əməliyyatlara isə ABŞ 1,7 trilyon dollar maliyyə vəsaiti sərf edib.