ABŞ Əfqanıstanda “talibançılar”ın mövqelərinə zərbələr endirib

ABŞ Əfqanıstanda “talibançılar”ın mövqelərinə zərbələr endirib ABŞ hərbçiləri bu həftə Əfqanıstanın hökumət qüvvələrinə dəstək üçün təyyarələri və pilotsuz uçuş aparatlarını "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlara cəlb edib.
Digər ölkələr
28 İyul , 2021 04:13
ABŞ Əfqanıstanda “talibançılar”ın mövqelərinə zərbələr endirib

ABŞ hərbçiləri bu həftə Əfqanıstanın hökumət qüvvələrinə dəstək üçün təyyarələri və pilotsuz uçuş aparatlarını "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlara cəlb edib.

“Report” xəbər verir ki, bu barədə Pentaqona istinadən “Associated Press” agentliyi bildirib.

"Son günlər ərzində hərbçilər tərəfindən idarə olunan texnikanın, pilotsuz aparatların köməyi ilə zərbələr endirilib", - Pentaqon rəsmisi, mayor Robert Lodevik deyib.

O, əməliyyatların digər təfərrüatlarını açıqlamayıb.

“Associated Press” vurğulayıb ki, hərbi təyyarələr Əfqanıstanın sərhədlərindən kənarda səmaya qalxıb. Çünki ABŞ hərbi təyyarələrini bu ölkədən çıxarıb.

Agentlik həmçinin xatırladıb ki, ABŞ ötən həftə də hərəkatın silahlılarına aviazərbələr endirib.

Son xəbərlər

Orphus sistemi